Vicdan və peşəkarlıq vəhdət təşkil edərsə: doktor Ravil Qənbərov nümunəsi
Cəmiyyət
176
15:14, Bu gün

Vicdan və peşəkarlıq vəhdət təşkil edərsə: doktor Ravil Qənbərov nümunəsi

Atalarımızın hər bir kəlməsi aksiomadır və dərin fəlsəfi mənası var. Məsələn “çörəyi ver çörəkçiyə, birini də üstəlik” fəlsəfəsi əsrlərin sınağından çıxıb və hər bir insanın, toplumun, idarəçiliyin, effektiv nəticənin, ədalətin və sosial rifahın əsaslarını özündə ehtiva edir.
 
Təbii ki, burada fikir təkcə işinin peşəkarı olan şəxsin bacarığı ilə məhdudlaşmır. Bura peşəkarlıqla yanaşı məsuliyyət hissi, yaradıcılıq, istək, qayğı, ehtiram, diqqət, ən əsası isə vicdan amili də daxildir.
 
Peşəkarlıqla vicdan vəhdət təşkil edəndə müsbət tendensiya yaranır və bu da inqilabi dəyişikliklərə gətirib çıxarır.
 
Necə ki, Yardımlı rayon Mərkəzi xəstəxanasının hazırki səviyyəsi yuxarıda sadalanan fikirlərin tamamını özündə əks etdirir.
 
Peşəkar kadr, gənc və vicdanlı həkim olan Ravil Qənbərov xəstəxanaya baş həkim təyin olunandan sonra, qısa zaman kəsiyində ciddi müsbət dəyişikliklər nəzərə çarpmağa başladı. İstər nizam intizam, istər xidmətin keyfiyyəti, istərsə də sakinlərə göstərilən diqqət və qayğı ürəkaçan mənzərə formalaşıb.
 
Həkimlərlə yanaşı bütün heyət hər gün işdə olmalı və öz vəzifəsinin maksimumunu yerinə yetirməlidir. Qarşıya qoyulan əsas vəzifə budur. Nəticə isə diqqətçəkəndir. Deməli, istək olarsa, inkişaf da mümkündür.
 
Artıq ucqar kənd sakinləri belə ümidsiz deyil, təcili yardım xidməti bütün fəsillərdə və çətin şəraitə baxmayaraq, qüsursuz fəaliyyət göstərir.
 
Həkimlərin müayinə və müalicə üçün müraciət edən vətəndaşlara təkcə həkim peşəsinin tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsi deyil, eyni zamanda son dərəcə diqqət və qayğı göstərməsi mükəmməl yanaşmadır və müsbət ənənəyə çevrilib. 
 
Toplumun hazırda məhz bu ənənənin yaratdığı nəticələrə ehtiyacı var. 
 
Bütün bunlar isə hazırda xəstəxanaya rəhbərlik edən gənc və perspektivli, eyni zamanda son dərəcə yüksək mədəniyyətə malik baş həkim Ravil Qənbərovun işə yaradıcı və vicdanlı yanaşma tərzinin, bilik və bacarıqlarının, eyni zamanda peşəkarlığının nəticəsidir.
 
Biz də Ravil doktora bu önəmli missiyasında uğurlarının davamlı olmasını arzu edirik.
 
Ə.İbrahimov
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər