150-dən çox məktəbə direktor təyin olunur
Cəmiyyət
261
18:27, Bu gün

150-dən çox məktəbə direktor təyin olunur

Ötən il keçirilmiş direktorların işə qəbulu üzrə müsabiqənin nəticələri elan edilib. Hazırda müsabiqədə uğur qazanmış namizədlərin direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə təyinatları yekunlaşmaq üzrədir.

Bu barədə Moderator.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, ilkin nəticələrə əsasən, prosesin yekununda yüzə yaxın namizəd vakant vəzifələrə təyin ediləcəkdir.

Qeyd edilib ki, müsahibə mərhələsində namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji və metodiki bacarıqları, ünsiyyət və qərarvermə qabiliyyətləri, eləcə də rəqəmsal və sosial kompetensiyaları müvafiq komissiyalar tərəfindən qiymətləndirilib: "Bununla yanaşı, ötən ilin oktyabr-noyabr aylarında direktor vəzifəsi vakant olan 76 dövlət ümumi təhsil müəssisəsi üzrə müsabiqəyə start verilmişdir. Ərizə qəbulu və emal prosesi, habelə daha öncə qiymətləndirmə nəticələri olmayan namizədlərin ixtisas üzrə biliklərinin yoxlanılması üzrə təşkil edilmiş imtahanlar artıq yekunlaşmışdır. Müsahibə mərhələsinə növbəti həftə başlayacaqdır. Namizədlər qaydalara uyğun şəkildə ardıcıllıq əsasında müsahibə mərhələsinə dəvət ediləcəklər. Müsahibənin tarix və məkanı barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Müsahibə nəticələrinin elanından sonra namizədlərin seçdikləri müvafiq vakant müəssisələrə təyinatı aparılacaq".

Link kopyalandı!
Son xəbərlər