Kurtlar Vadisinin aktrisası vəfat etdi - FOTO
Cəmiyyət
1361
10 Feb 2026 | 16:30

Kurtlar Vadisinin aktrisası vəfat etdi - FOTO

Türkiyə televiziya tarixinin ən çox izlənilən seriallarından olan "Kurtlar vadisi"ndə "Cerrahpaşalıların ablası" obrazını canlandıran aktrisa Şıvga Gerez vəfat edib.

Bu barədə Moderator.az "TGRT Haber"ə istinadən xəbər verir.

Məlumata görə, 1970-ci il yanvarın 29-da anadan olan sənətçi uzun müddətdir xərçəng xəstəliyi ilə mübarizə aparırdı.

1470631

 

Şıvga Gerez bir müddət əvvəl sosial media hesabında pərəstişkarları üçün ümidverici paylaşım etmişdi.

"Xərçənglə mübarizəmiz başlayıb", - deyə o bildirmişdi.

Kurtlar Vadisinin aktrisası vəfat etdi

Lakin sənətçi xəstəliyi məğlub edə bilməyib və 56 yaşında dünyasını dəyişib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər