Azərbaycanın bu yollarında sürət həddi 130 oldu
Cəmiyyət
1388
10 Feb 2026 | 15:39

Azərbaycanın bu yollarında sürət həddi 130 oldu

Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir.
 
Moderator.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
 
Layihəyə əsasən, ödənişli avtomagistrallarda sürət həddinin ayrıca tənzimlənməsi məqsədilə yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 kilometrdən, digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə saatda 90 kilometrdən çox olmayan həddə müəyyən edilməsi təklif olunur.
 
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər