Sürücülər üçün mühüm YENİLİK
Cəmiyyət
283
15:31, Bu gün

Sürücülər üçün mühüm YENİLİK

Milli Məclisin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub.
 
Moderator.az-ın məlumatına görə, qanun layihəsini deputat Kamal Cəfərov təqdim edib.
 
Qanun layihəsinə əsasən, nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilməsi və orada saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqqı ödədikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılacaq. Nəqliyyat vasitəsi qanunsuz saxlanılıbsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulubsa, nəqliyyat vasitəsinin sahibi inzibati qaydada və məhkəməyə şikayət edə biləcək.
 
Link kopyalandı!
Son xəbərlər