Dövlət rəmzlərindən istifadə edilən obyektlər sənaye nümunəsi kimi qorunmayacaq
Cəmiyyət
678
12:37, Bu gün

Dövlət rəmzlərindən istifadə edilən obyektlər sənaye nümunəsi kimi qorunmayacaq

Dövlət rəmzlərindən istifadə edilən obyektlər sənaye nümunəsi kimi qorunmayacaq.
 
Belə ki, dövlət bayrağı və gerbi, pul nişanları, eləcə də onların adları və fərqləndirici hissələrini əks etdirən və ya onları xatırladan dizayn nümunələrinin qeydiyyatına icazə verilməyəcək.
 
Moderator.az bildirir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında “Patent haqqında” qanuna təklif edilən dəyişiklik çərçivəsində gündəmə gətirilib.
 
Yeni qaydalara əsasən, beynəlxalq və hökumətlərarası qurumların adları (tam və ya qısaldılmış formada), rəmzləri, bayraqları və gerbləri, həmçinin müxtəlif rəsmi nişanlar, təltiflər, möhürlər, nəzarət işarələri və digər oxşar simvolları özündə əks etdirən obyektlər də hüquqi müdafiədən məhrum olacaq.
 
Eyni zamanda, hər hansı dövlətin səlahiyyətli qurumunun razılığı olmadan həmin ölkəyə məxsus mədəni, etnik və dini irs nümunələrinin adlarını və ya təsvirlərini daşıyan dizaynların sənaye nümunəsi kimi tanınması mümkün olmayacaq.
 
Qeyd olunan dəyişikliklər layihə şəklində səsə qoyulub və üçüncü oxunuşda qəbul edilib.
 
Pərvin Şakirqızı
Link kopyalandı!
Son xəbərlər