Bizi sosial şəbəkələrdən izləyin:
"Kustar üsulla hazırlanan, standartlara cavab verməyən qurğular qeydiyyata alınmır və onların istismarına tərəfimizdən icazə verilmir. Yanacaqdoldurma məntəqələri (YDM) də təhlükə potensiallı obyektlər hesab olunur və onlarda mütəmadi monitorinqlər aparılır".
Moderator.az xəbər verir ki, bu fikirləri Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin 2025-ci il ərzində gördüyü işlərə dair mətbuat konfransı zamanı agentliyin rəisi Vüsal Ağayev deyib.
O bildirib ki, ötən il 1 016 yanacaqdoldurma məntəqəsində monitorinq aparılıb, tələblərə cavab verməyən 35 YDM-in istismarı məhdudlaşdırılıb, 33 YDM barəsində isə cərimə tədbirləri tətbiq olunub.