18:32
7°C
Bakı
Tovuz rayonunda 2 975 abonentin mavi yanacaqla təminatında fasilə yaranacaq.
Moderator.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı Şəmkir Regional Qaz İstismarı İdarəsi tərəfindən açıqlama verilib.
Məlumatda vurğulanıb ki, məhdudiyyətin tətbiq edilməsi yeraltı qaz boru kəmərində müəyyən edilən sızmanın ləğv edilməsi zərurətindən irəli gəlir.
Qeyd edək ki, təmir-bərpa işləri ilə əlaqədar olaraq fevralın 10-da saat 09:30-dan etibarən Əlibəyli, Hacallı, Yuxarı Mülkülü, Aşağı Öysüzlü və Yuxarı Öysüzlü kəndlərinə təbii qazın verilişi işlər yekunlaşana qədər dayandırılacaq.