Dövlət qulluğuna qəbul imtahanının test proqramına dəyişiklik edilib
Cəmiyyət
124
16:59, Bu gün

Dövlət qulluğuna qəbul imtahanının test proqramına dəyişiklik edilib

Dövlət qulluğuna qəbul imtahanının test proqramına dəyişiklik edilib.

Bu barədə Moderator.az-a DİM-dən məlumta verilib.

Bildirilib ki, dövlət qulluğuna qəbul üzrə müsabiqənin İnformasiya texnologiyaları üzrə test imtahanı proqramlarına müəyyən dəyişiklik edilib. Belə ki, BB vəzifə qrupu üzrə proqrama "Əməliyyat sistemləri" bölməsi, AB vəzifə qrupuna aid proqrama isə "Microsoft Excel 2019 cədvəl prosessoru" bölməsinə aid olan Funksiya kateqoriyaları və MS Excel 2019 elektron cədvəlinin əsas funksiyaları və onlardan istifadə qaydaları mövzuları əlavə edilib.

Pqoqramdakı dəyişiklik 2026-cı il aprel ayından etibarən keçirilən imtahanların məzmununda əks olunacaq.

Proqramla tanış olmaq üçün aşağıdakı linkdə müvafik keçidə daxil olun: //exidmet.dim.gov.az/dqq/Elan/TestImtProq

Link kopyalandı!
Son xəbərlər