Cəmiyyət
175
12:12, Bu gün

"X" sosial şəbəkəsinin işində problemlər yaşanır

"X" sosial şəbəkəsinin işində genişmiqyaslı fasilələr qeydə alınır.
 
Moderator.az-ın xəbərinə görə, bu barədə "NetBlocks" beynəlxalq internet monitorinq xidmətindən məlumat verilib.
 
Xidmətin məlumatına görə, daha əvvəl "Twitter" kimi tanınan "X" sosial şəbəkəsində hazırda bütün dünyada fasilələr müşahidə olunur. "NetBlocks" problemlərin qlobal xarakter daşıdığını qeyd edib.
 
Xidmət həmçinin vurğulayıb ki, problemlər ayrı-ayrı ölkələrdə internet bağlantıları və ya platformaların bloklanması ilə əlaqəli deyil.
 
Link kopyalandı!
Son xəbərlər