Bizi sosial şəbəkələrdən izləyin:
Çuvaş Respublikasında 120-dən artıq xalqın nümayəndəsi yaşayır. Xalqlar arasında dostluğun və qarşılıqlı anlaşmanın daha da möhkəmləndirilməsi məqsədilə Çuvaş Respublikasının rəhbəri Oleq Nikolayev 2026-cı ili “Xalqlar Dostluğu İli” elan edilib.
Moderator.az xəbər verir ki, bu əlamətdar hadisə münasibətilə fevral ayının 3-də Çuvaş Respublikasının Mədəniyyət Sarayında təntənəli açılış törəni keçirilib. Çuvaş Respublikasının rəhbəri Oleq Nikolayevin iştirakı ilə keçirilən törəndə respublikada fəaliyyət göstərən milli-mədəni birliklərin nümayəndələri, ictimai xadimlər, gənclər və media təmsilçiləri iştirak edib.
Tədbirdə çıxış edən “Çuvaş–Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyəti”nin sədri Aqil Əliyev Çuvaş Respublikasında yaşayan bütün xalqları “Xalqlar Dostluğu İli” münasibətilə təbrik edib, onlara barış, sabitlik və qarşılıqlı güvənə əsaslanan birgəyaşayış arzulayıb. O, Azərbaycan xalqının multikultural dəyərlərə verdiyi önəmi vurğulayaraq, xalqlar arasında mədəni dialoqun və humanitar əməkdaşlığın regional sabitlik üçün önəm daşıdığını vurğulayıb.
Törən çərçivəsində milli-mədəni birliklərin fəalları tərəfindən Azərbaycan xalqının tarixini, mədəniyyətini və zəngin irsini əks etdirən albomlar, kitablar və milli mədəniyyət örnəklərindən ibarət sərgi təşkil olunub. Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və xalqlar arasında mədəni yaxınlaşmanın bariz örnəyi kimi dəyərləndirilib.
Humanitar əməkdaşlıq, mədəni müxtəlifliyin qorunması və xalqlar arasında qarşılıqlı sayğı prinsipləri ölkələrarası münasibətlərin önəmli tərkib hissəsi olaraq, regionda barış, güvən və sabitliyin möhkəmlənməsinə xidmət edir.