Bizi sosial şəbəkələrdən izləyin:
Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ)daxil olan bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranıb.
Moderator.az xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, bu gün Maştağa ETSİ ərazisində bir sıra elektrik xətlərində təmir işləri həyata keçiriləcək.
Bununla əlaqədar olaraq saat 09:00-dan 14:00-dək Pirşağı bağları yaşayış massivi və Ləhic bağları adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.