Valideynlər bunu etməsələr, məsuliyyət daşıyacaqlar
Cəmiyyət
144
10:22, Bu gün

Valideynlər bunu etməsələr, məsuliyyət daşıyacaqlar

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən "İdrak" Liseyində şagirdin müəllimini güllələməsi ilə bağlı insident baş verib.
 
Hadisəni liseyin yuxarı sinif şagirdi törədib, 28 yaşlı qadın riyaziyyat müəllimi xəstəxanaya yerləşdirilib.
 
Araşdırma davam edir. Hadisə həm valideynlərin, həm də cəmiyyətin uşaqların oyunlar və sosial şəbəkələrdə nə ilə məşğul olduqlarına nəzarətin nə qədər vacib olduğunu bir daha göstərir. Məktəb mühitində təhlükəsizliyin təmin olunması və valideynlərin diqqətli olması bu kimi halların qarşısının alınmasında həlledici rol oynayır.
 
Moderator.az xəbər verir ki, bu barədə hüquqşünas Aysel Süleymanova Medialoq.az-a açıqlama verib.
 
O diqqətə çatdırıb ki, belə hadisələr ciddi hüquqi və sosial məsələlər yaradır:
 
"Uşaqların sosial şəbəkələrdə nə ilə məşğul olduqları valideynlərin və dövlətin diqqətində olmalıdır. Bir çox ölkələrdə sosial şəbəkələr üçün yaş məhdudiyyəti tətbiq olunur. Bu məhdudiyyət uşaqların zərərli məzmundan qorunması üçündür. Azərbaycanda da bu istiqamətdə qanunvericilik mövcuddur, amma tətbiqi zəifdir. Belə hadisələr fonunda sosial şəbəkələr yaş məhdudiyyəti ilə bağlı daha ciddi tədbirlər görə bilər. Valideynlərin övladlarının virtual mühitdə davranışına nəzarəti hüquqi baxımdan vacib sayılır. Valideyn uşağın təhlükəli virtual məzmun və oyunlara nəzarət etməzsə, inzibati qaydada bir neçə yüz manatdan başlayaraq cərimə oluna bilər". 
 
O qeyd edib ki, hüquq sistemi bu cür hallarda həm uşağı, həm müəllimi, həm də cəmiyyəti qorumağa çalışır:
 
"Sosial şəbəkələr yaş məhdudiyyətini ciddi tətbiq edərsə, oxşar hadisələrin sayı azala bilər. Valideynlər də övladlarını izləməli, onların internet istifadəsini düzgün idarə etməlidirlər. Bu, həm də uşağın təhlükəsizliyini təmin edir. Uşağın təhsildə və sosial həyatdakı hüquqlarına hörmətlə yanaşılmalıdır".
Link kopyalandı!
Son xəbərlər