Qubada qidadan zəhərlənən ailə üzvlərinin vəziyyəti açıqlandı
Cəmiyyət
181
21:51, Bu gün

Qubada qidadan zəhərlənən ailə üzvlərinin vəziyyəti açıqlandı

Quba rayonunda qidadan zəhərlənən səkkiz nəfərin vəziyyəti məlum olub.

Bu barədə Moderator.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Fevralın 8-də saat 14-də zəhərlənmə şübhəsi ilə səkkiz nəfər (iki kişi, altı qadın) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara qida toksikoinfeksiya diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən şəxslərin vəziyyətləri orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.

Link kopyalandı!
Son xəbərlər