16:14
8°C
Bakı
Göygöl rayon İcra Hakimiyyəti başçısı Vüqar Novruzovun əmri ilə işdən azad olunan rayon Tikinti və Memarlıq Şöbəsinin müdiri, Baş memar Vüqar Hacıyev işdən çıxması ilə bağlı açıqlama verib.
Moderator.az-ın məlumatına görə, o, bildirib ki, işdən azad olunması barədə ərizəni özü təqdim edib.
“Ərizəni özüm təqdim etmişəm. İş təklif olunsa da razılaşmadım. İşdən çıxmağımın səbəbi Bakı şəhərinə köçmək istəyimlə bağlıdır”, – deyə Vüqar Hacıyev qeyd edib.
Məlumat üçün bildirək ki, Vüqar Hacıyev 20 ilə yaxın Göygöl rayon İcra Hakimiyyətində Baş memar vəzifəsində çalışıb. Hazırda bu vəzifə vakansiyaya çıxarılıb.
Qeyd edək ki, icra başçısı bundan əvvəl də 5 əməkdaşını, o cümlədən sürücünü işdən azad etmişdi.