Güclü külək əsəcək - Sarı xəbərdarlıq edildi
Cəmiyyət
748
17:13, Bu gün

Güclü külək əsəcək - Sarı xəbərdarlıq edildi

Fevral ayının 8-i və 9-u tarixlərində ölkənin bir sıra regionlarında proqnozlaşdırılan küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq elan edilib.

Moderator.az xəbər verir ki, sözügedən xəbərdarlıq Milli Hidrometeorologiya Xidməti tərəfindən açıqlanıb.

Qurumdan verilən məlumatda qeyd olunub ki, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Naftalan, Samux, Goranboy, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Xızı, Qusar, Qobustan, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Cəbrayıl, Daşkəsən, Gədəbəy, Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Lerik və Yardımlı rayonlarında qərb küləyinin əsməsi gözlənilir.

Həmin ərazilərdə küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

Link kopyalandı!
Son xəbərlər