Şagirdi tərəfindən güllələnən müəllim palataya köçürüldü - YENİLƏNİB
Cəmiyyət
696
16:18, Bu gün

Şagirdi tərəfindən güllələnən müəllim palataya köçürüldü - YENİLƏNİB

Bakıda "İdrak" liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən riyaziyyat müəlliməsinin son vəziyyəti açıqlanıb. 

Kliniki Tibbi Mərkəzdən Moderator.az -a verilən məlumata görə, 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsindən Neyrocərrahiyyə şöbəsinə köçürülüb.

Hazırda müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

12:59

Bakıda "İdrak" liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən riyaziyyat müəlliməsinin son vəziyyəti açıqlanıb. 

Kliniki Tibbi Mərkəzdən Moderator.az -a verilən məlumata görə, 1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir.

"Onun vəziyyəti stabil qiymətləndirilir", - deyə məlumatda qeyd olunub. 

Link kopyalandı!
Son xəbərlər