Sabah rayonlara qar yağacaq - PROQNOZ
Cəmiyyət
256
12:50, Bu gün

Sabah rayonlara qar yağacaq - PROQNOZ

Fevralın 8-nə gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 3-6, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-90 %, gündüz 75-80 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 1-4, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
 
Link kopyalandı!
Son xəbərlər