"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib.
Moderator.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
30 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVIII turun "Karvan-Yevlax" - "Sumqayıt" oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə "Karvan-Yevlax" komandası 1000 manat cərimə edilib.
"Kəpəz" isə "Şamaxı" ilə qarşılaşmada həmin səbəbdən 1000 manat cərimələnib. Sözügedən klub 31 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVIII turun "Kəpəz" - "Şamaxı" oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə "Kəpəz" komandası 5000 manat cərimə ödəyəcək.
1 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XVIII turun "Qarabağ" - "Turan Tovuz" oyununda "Turan Tovuz" komandasında altı nəfər sarı vərəqə aldığı üçün "Turan Tovuz" komandası da 700 manat cərimələnib.