Cəmiyyət
139
17:10, Bu gün

"Yaşıl tikinti" ilə bağlı qanunvericilik təkmilləşdiriləcək

İqlim dəyişikliyinin təsirlərinin azaldılması məqsədilə "yaşıl tikinti" və "yaşıl bina" ilə bağlı qanunvericilik təkmilləşdiriləcək.

Moderator.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ədliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi ilə razılaşdırmaqla, "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə bağlı tədbirlər planının 8-ci hissəsinə uyğun olaraq, şəhərlərdə iqlim dəyişikliyinin təsirlərinin azaldılması məqsədilə "yaşıl tikinti" və "yaşıl bina" yanaşmaları nəzərə alınmaqla şəhərsalma və tikinti qanunvericiliyini təhlil edib, beynəlxalq təcrübəni araşdırıb normativ hüquqi aktların təkmilləşdirilməsi barədə təkliflərini dörd ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Link kopyalandı!
Son xəbərlər