Cəmiyyət
299
15:15, Bu gün

"Sığınacağa gələn uşaqların çoxu zorakılığa məruz qalanlardır"

"Demişdim ki, yaşlı kişilərin cavan qızlarla münasibəti pedofiliyadan fərqlənmir - bu, psixoloji bir xəstəlikdir. Eləcə də yaşlı qadınların gənc oğlanlarla münasibəti".
 
Moderator.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında paylaşıb.
 
O, son günlər dünya mediasını zəbt edən maliyyəçi Cefri Epşteynlə bağlı bunları yazıb: 
 
"Bütün sosial media Epşteyn işi ilə silkələnir. Hamı elə təəccüblənir ki, guya indiyə kimi ilk dəfədir belə xəbərləri eşidir. Halbuki real hadisələr əsasında nə qədər filmlər çəkilib - Koreya, Çin, Kolumbiya, Türkiyə və sair ölkələrdə uşaq oğurluğu və cinsi istismar mövzusunda.
 
Vatikan və katolik kilsəsində uşaq istismarı real və sübut olunmuş hadisələr silsiləsidir. Əsasən: minlərlə keşişin uşaqlara qarşı cinsi zorakılıqda ittiham olunması, kilsə rəhbərliyinin illərlə bunu gizlətməsi, zərərçəkənlərin susdurulması.
 
Son illərdə isə Papa Fransisk dövründə bir çox sənədlər açıldı, minlərlə iş məhkəmələrə verildi, kilsə rəsmi şəkildə üzr istədi (amma hələ də hər şey tam həll olunmayıb). Bu hadisələr ABŞ, Fransa, Almaniya, Avstraliya və başqa ölkələrdə rəsmi hesabatlarla sübut edilib, amma hələlik nəticəsiz qalıb.
 
Bizdə guya yoxdur? Elə bir neçə ay əvvəl 4 yaşlı uşağın başına gələnlər, Nərminin hadisəsi nə tez yaddan çıxdı?
 
Kəmalə Ağazadənin sığınacağında zorakılığa məruz qalan uşaqların sayını bilirsinizmi? Sığınacağa gələn uşaqların əksəriyyəti zorakılığa məruz qalanlardır. Susan, səsini duyura bilməyən, dərdini deməkdən çəkinən, utanan nə qədər uşaq və yeniyetmə var. Bir ətrafınıza baxın. Hələ nə qədər də əxlaqsız var ki, pulu ilə istədiyini satın ala bilir. Ona görə də hər dəqiqə bir post paylaşıb guya nəsə yaxşı iş görürsünüz kimi özünüzü reklam etməyin. Bezdik adını yazmaq istəmədiyim insanların xəbərlərini görməkdən".
 
Qeyd edək ki, istintaqın fikrincə, dünya elitasının ən yüksək dairələrinə daxil olan Cefri Epşteyn onilliklər ərzində genişmiqyaslı insan alveri şəbəkəsi qurub. 2019-cu ildə milyarder məhkəməni gözləyərkən həbsxana kamerasında ölü tapılıb.
Link kopyalandı!
Son xəbərlər