Beynəlxalq standartların Azərbaycanda tətbiqinə dair qaydalar təsdiq edildi
Cəmiyyət
152
11:13, Bu gün

Beynəlxalq standartların Azərbaycanda tətbiqinə dair qaydalar təsdiq edildi

Beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartlarının Azərbaycan ərazisində tətbiqi qaydaları təsdiq olunub.
 
Moderator.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
 
Qeyd olunub ki, beynəlxalq standartların dövlət standartı kimi qəbul edilməsi maraqlı tərəflərin və texniki komitələrin müraciəti və ya milli standartlaşdırma qurumunun təşəbbüsü əsasında həyata keçiriləcək.
 
Vurğulanıb ki, birbaşa tətbiq olunacaq beynəlxalq standartda müvafiq beynəlxalq, dövlətlərarası, regional və ya milli standartlara istinad edilirsə, həmin istinad standartları Azərbaycan ərazisində qüvvədə olmalıdır.
 
Bildirilib ki, milli standartlaşdırma qurumu maraqlı tərəflərin və texniki komitələrin təqdim etdiyi sənədlərə 15 iş günü müddətində baxır. Təqdim edilmiş sənədlərdə uyğunsuzluq və çatışmazlıqlar aşkar edildikdə, milli standartlaşdırma qurumu beş iş günü müddətində müraciət edənə yazılı bildiriş göndərir və tələblərə əməl olunmamasının nəticələrini hüquqi baxımdan izah edir.
 
Müraciət edən bu çatışmazlıqların yazılı bildiriş alındığı tarixdən ən geci 10 iş günü müddətində aradan qaldırılmasını və əlavə məlumatların təqdim olunmasını təmin etməlidir.
 
Link kopyalandı!
Son xəbərlər