Şəmsi Səmədzadə tapılmır
Cəmiyyət
335
10:12, Bu gün

Şəmsi Səmədzadə tapılmır

Son günlər Şəmsi Səmədzadənin (Səmədoğlu) Gürcüstan ərazisində saxlanılması ilə bağlı məlumatlar yayılıb. Məsələ ilə bağlı Gürcüstanın rəsmi qurumları tərəfindən indiyədək hər hansı açıqlama verilməyib.
 
Moderator.az xəbər verir ki, modern.az mövzu ilə bağlı araşdırma aparıb.
 
Gürcüstan Daxili İşlər Nazirliyinə göndərdiyimiz sorğuya rəsmi cavab verilməyib.
 
Gürcüstanın Kvemo-Kartli bölgəsində fəaliyyət göstərən, azərbaycandilli aktual.ge saytının və "Aktual Media"nın rəhbəri, jurnalist İlkin Hüseynov da saytımıza açıqlamasında bildirib ki, Gürcüstanın hüquq-mühafizə orqanları, xüsusilə də Daxili İşlər Nazirliyi bu məsələ ilə bağlı hər hansı rəsmi məlumat yaymayıb
 
"Bu məlumatla bağlı yalnız Azərbaycan KİV-lərində xəbərlərə rast gəlinir. Gürcü mətbuatında isə məsələ ilə əlaqədar hər hansı bir məlumat yer almayıb. Azərbaycan KİV-ləri Gürcüstanda azərbaycanlı iş adamının saxlanıldığını yazsa da, hadisənin ölkənin hansı bölgəsində baş verdiyi məlum deyil. Bundan əlavə, Gürcüstanın hüquq-mühafizə orqanları, xüsusilə də Daxili İşlər Nazirliyi bu məsələ ilə bağlı hər hansı rəsmi məlumat yayımlamayıb. Bəzi hallarda cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanıldıqdan bir neçə gün sonra DİN tərəfindən rəsmi açıqlama verilir".
 
Xatırladaq ki, Şəmsi Səmədzadə 2000-ci ildə ömürlük cəzaya məhkum edilmiş, əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılmışdı. Sonradan adı xeyli qalmaqalda keçmişdi.
 
Link kopyalandı!
Son xəbərlər