Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət
1484
06 Feb 2026 | 09:00

Suraxanının bəzi ərazilərində işıq olmayacaq

Bu gün Suraxanının bəzi ərazilərində elektrik enerjisinin təchizatında fasilə yaranacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
 
Bildirilib ki, buna səbəb Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işlərinin həyata keçirilməsidir.
 
Qeyd olunub ki, bununla əlaqədar olaraq saat 10:00-dan 16:00-dək Əmircan qəsəbəsi Səttar Bəhlulzadə, Bülbülə qəsəbəsi Çingiz Nəsirov, Nəriman Nərimanov, Vüqar Bədəlov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
 
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər