200-dən çox şəxs ad və ya soyadını dəyişdirdi
Cəmiyyət
211
05 Feb 2026 | 23:50

200-dən çox şəxs ad və ya soyadını dəyişdirdi

Bu ilin yanvar ayı ərzində 216 şəxsin soyadının və ya adının dəyişdirilməsi qeydə alınıb.

Moderator.az xəbər verir ki, bu barədə Teleqraf-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 45-i kişi, qalanları qadındır.

Qeyd olunub ki, adlar, soyadlar daha çox vətəndaşın istəyi ilə, o cümlədən nikahdan əvvəlki soyada qayıtmaq, yaxud ərlə (arvadla) eyni soyadı daşımaq arzusundan dəyişdirilib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər