Ədliyyə naziri regionlardakı hüquqşünas çatışmazlığından danışdı
Cəmiyyət
228
14:15, Bu gün

Ədliyyə naziri regionlardakı hüquqşünas çatışmazlığından danışdı

"Həqiqətən də, "LEGİS Hüquq Forumu" cəmiyyəti və hüquq ictimaiyyətini maraqlandıran bir platformadır. Hüquq təhsilinin mahiyyəti bütövlükdə hüquq sistemində həyata keçirilən islahatların təməlində duran amil kimi qiymətləndirilməlidir. Hüquq təhsilinin keyfiyyətində olan boşluqlar sonradan ədalət mühakiməsi və normayaratma prosesində olan boşluqlara çevrilir. Hər şeyin kökü hüquq təhsilindən qaynaqlanır".
 
Moderator.zz xəbər verir ki, bunu ədliyyə naziri Fərid Əhmədov "LEGİS Hüquq Forum" unda çıxış edərkən deyib.
 
Nazir hüquq təhsilində kəmiyyət və keyfiyyət elementi ilə bağlı fikirlərini də bölüşüb: "Bu gün təhsil müəssisələri əmək bazarına hər il 1400 hüquq məzunu buraxır. Bunların 600-ü ixtisaslaşmış təhsil müəssisələrindən məzun olurlar. Bu şəxslərin sonradan əmək bazarına daxil olma imkanları yaranır. Biz ölkədə vəkillərin sayına baxsaq, hər 100 min şəxsə 28 nəfər düşür. Bizdə təbii ki, vəkil olmayan hüquqşünaslar da var. Məhkəmədə mübahisələrin sayında artım var. Bu baxımdan hüquq təhsilinin səviyyəsi kəmiyyət baxımından xeyli aşağıdır. Kifayət qədər hüquqşünası əmək bazarına buraxa bilmərik. Regionlarda yeni hüquq fakültələri yarada bilərik. Regionlarda hüquqşünas çatışmazlığı ilə ciddi şəkildə üzləşirik. Bir sıra regionlarda biz icra məmuru tapa bilmirdik. Həmçinin ali məktəblərə qəbul planını artıra bilərik. Faktiki olaraq Hüquq fakültəsinə qəbul olunan tələbələrin minimum topladığı bal 600-dən yuxarıdır. 600 bal toplamış tələbə bitirdikdən sonra regionlarda işləməyəcək. Biz kəmiyyət problemini həll etdikcə, dərhal keyfiyyət problemi ilə üzləşirik. Tələbələrin sayı artdıqca dərs yükü artır, bu da müəllim sayının artması deməkdir. Əmək bazarında da kifayət qədər müəllim yoxdur. Biz kəmiyyəti keyfiyyətə çevirə bilmirik. Bu prosesdə müəllim heyətinin sayının artması istiqamətində ciddi işlər görməliyik. Təhsil proqramları uzun illərdir ki, dəyişmədən qalır. Hüququn təməl prinsiplərini anlamadan onun nəzəriyyəsini bilmək mümkün deyil. Hüquq nəzəriyyəsi isə dərslikdən tədris olunan fənn deyil".
 
Link kopyalandı!
Son xəbərlər