Sabah Xaçmazın bəzi kəndlərində qaz olmayacaq
Cəmiyyət
301
13:52, Bu gün

Sabah Xaçmazın bəzi kəndlərində qaz olmayacaq

Sabah Xaçmazın bəzi kəndlərində qaz təchizatı dayandırılacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
 
Bildirilib ki, rayonda Çarxı-2 kəndi istiqamətində istismarda olan yerüstü orta təzyiqli qaz xəttinə yeni çəkilmiş xəttin qoşulması ilə əlaqədar olaraq sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
 
Qaz təchizatı dayandırılan müddətdə Xanlıqoba, Qaracik-Zeyid, Çilğir, Qədimalı-qışlaq, Ərəb, Sayad, Alıc, Hacılar, Aşağı-zeyid, Qalağan, Qaraçaycek, Şıx-haput, Hülövlü, 61-ci Kvartal, Çarxı-2, Laman, Rəhim-oba, Qaradağlı, Qaradağ buduğ, Çarxı, Canaxır, Qobu Qırağı və Bəkqışlaq kəndləri olmaqla ümumilikdə 4404 abonentin qaz təchizatında fasilə yaranacaq.
 
Link kopyalandı!
Son xəbərlər