Bizi sosial şəbəkələrdən izləyin:
Nazirlər Kabineti “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamənin tətbiqinin təmin olunması ilə bağlı sərəncam verib.
Moderator.az xəbər verir ki, sərəncamı Baş nazir Əli Əsədov imzalayıb.
Sərəncama əsasən, Ədliyyə Nazirliyi Maliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və digər aidiyyəti qurumlarla razılaşdırmaqla normativ hüquqi aktların Prezidentin müvafiq fərmanına uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Mərkəzi icra hakimiyyəti orqanlarına dörd ay ərzində fərmanın icrasından irəli gələn normayaratma tədbirlərini həyata keçirmək tapşırılıb. Ədliyyə Nazirliyi isə uyğunlaşdırma prosesini təmin edərək altı ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.
Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə olunub. Sənəd imzalandığı gündən qüvvəyə minib.