Nazirlər Kabineti tütünlə bağlı qanun dəyişikliklərinin icrası üçün tapşırıqlar verdi
Cəmiyyət
147
12:05, Bu gün

Nazirlər Kabineti tütünlə bağlı qanun dəyişikliklərinin icrası üçün tapşırıqlar verdi

Nazirlər Kabineti tütün və tütün məmulatları ilə bağlı qanunvericiliyə edilən dəyişikliklərin icrasını təmin etmək məqsədilə sərəncam verib.
 
Moderator.az xəbər verir ki, sərəncamı Baş nazir Əli Əsədov imzalayıb.
 
Sənədə əsasən, Ədliyyə Nazirliyi İqtisadiyyat, Maliyyə, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Gömrük Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Dövlət Reklam Agentliyi ilə razılaşdırmaqla normativ hüquqi aktların yeni qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
 
Mərkəzi icra hakimiyyəti orqanlarına dörd ay ərzində qanunun və Prezident sərəncamının icrasından irəli gələn normayaratma tədbirlərini görmək tapşırılıb. Ədliyyə Nazirliyi isə uyğunlaşdırma prosesini təmin edərək altı ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.
 
Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə olunub. Sənəd imzalandığı gündən qüvvəyə minib.
 
Link kopyalandı!
Son xəbərlər