Əksər rayonlara qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət
193
10:27, Bu gün

Əksər rayonlara qar yağıb - FAKTİKİ HAVA

Fevralın 5-i saat 10:00-a olan faktiki hava açıqlanıb.
 
Bu barədə Moderator.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub. Bəzi bölgələrə yağış, əksər ərazilərə isə qar yağıb.
 
Qarın hündürlüyü Zaqatalada (Əlibəy) 36, Qaxda (Sarıbaş) 31, Şəkidə (Kişçay) 20, Qrızda 14, Şahdağda 13, Xınalıqda 8, Kəlbəcər və Qusarda (Laza) 7, Qubadlı, Laçın və Lerikdə 5, Qobustan, Quba və Xızıda 4, Şamaxıda 3, Yardımlıda 2 sm-dir.
 
Düşən yağıntının miqdarı Qəbələdə 34, Astarada 23, Lənkəranda 21, Cəlilabad, Neftçalada 18, Oğuzda 15, Balakəndə 14, Biləsuvarda 11, əksər rayonlarda isə 9 mm-dək qeydə alınıb.
 
Sumqayıt, Tərtər, Göyçay, Lerik, Gəncə, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Qax (Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Qubada duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
 
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1, Naxçıvan MR-da 12, dağlıq rayonlarda 14 dərəcəyədək şaxta, Aran rayonlarında isə 2 dərəcəyədək isti qeydə alınıb.
 
Link kopyalandı!
Son xəbərlər