Bizi sosial şəbəkələrdən izləyin:
İki gün ərzində Bakı şəhərində davam edən şiddətli külək nəticəsində ümumilikdə 78 ağac sınıb.
Bu barədə Moderator.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Bildirilib ki, eyni zamanda 40 ağacın budaqlarının qırılması qeydə alınıb.
Birliyin növbətçi briqadaları sınan ağaclar və qırılan budaqları götürərək ərazini təmizləyiblər.