Bizi sosial şəbəkələrdən izləyin:
Ölkə ərazisində müşahidə edilən qarlı və soyuq hava şəraitinin ictimai nəqliyyatın, xüsusilə də avtobusların hərəkətinə təsir edib-etməməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.
Moderator.az xəbər verir ki, bu barədə Milli.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, hazırda müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətində ciddi çətinlik müşahidə edilmir.