Azərbaycanda yaşayan ermənilər hansı bölgələrdə qalır - STATİSTİKA
Cəmiyyət
165
13:03, Bu gün

Azərbaycanda yaşayan ermənilər hansı bölgələrdə qalır - STATİSTİKA

Azərbaycanda ümumilikdə 178 erməni yaşayır. Bu rəqəmlər əhalinin sonuncu siyahıyaalınmasının nəticələrinə əsaslanır. Onlardan 55-i kişi123-ü qadındır. Etnik ermənilərin 109-u şəhər69-u isə kənd əhalisi kimi qeydiyyata alınıb.

Yaş bölgüsünə görə, ölkədə yaşayan ən gənc ermənilər 30–34 yaş aralığındadır. Bu kateqoriyada 14 nəfər Azərbaycan vətəndaşı kimi qeydiyyatda olub. Ən çoxsaylı yaş qrupu isə 60–65 yaş aralığıdır – bu yaşda 25 erməni qeydə alınıb. Bundan əlavə, ölkə ərazisində 90–94 yaş aralığında olan 4 erməni də yaşayır.

Moderator.az bildirir ki, Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ən çox erməni Bakı şəhərində məskunlaşıb. Paytaxtda 74 erməni yaşayır ki, onların 20-si kişi54-ü qadındır.

Bakıdan sonra ermənilərin ən çox yaşadığı rayon Şəmkirdir. Burada 38 erməni qeydə alınıb; onlardan 13-ü kişi25-i qadındırSamux rayonunda 10Abşeronda isə 8 erməni yaşayır.

Əhalisinin sayına görə Azərbaycanın ən böyük şəhəri olan Sumqayıtda 4, üçüncü böyük şəhər Gəncədə isə 1 erməni məskunlaşıb. Mingəçevir şəhərində 2 erməni yaşayır. Ermənilərin nisbətən çox məskunlaşdığı ərazilərdən biri də Abşeron rayonudur – burada 8 erməni qeydə alınıb.

Naxçıvan Muxtar Respublikasında isə ümumilikdə 5 erməni yaşayır.

Bundan başqa, Şamaxıda 5Şabranda 4Qəbələdə 3İsmayıllıda 2, eləcə də Daşkəsən və Göygöl rayonlarında erməni əsilli şəxslər məskunlaşıb.

Qarabağ və Şərqi Zəngəzur bölgələrinə gəldikdə isə, bu ərazilərdə qeydiyyatda olan və Azərbaycan vətəndaşlığını qəbul etmiş ümumilikdə 7 erməni var. Onlardan 1 nəfər Ağdamda1 nəfər Ağcabədidə1 nəfər Tərtərdə1 nəfər Kəlbəcərdə3 nəfər isə Bərdədə qeydiyyatdadır.

Bundan əlavə, Goranboy, Ağstafa, Qazax, Tovuz, Xaçmaz, Siyəzən, Lənkəran və Oğuz rayonlarında da hər birində 1 nəfər olmaqla, etnik mənsubiyyəti erməni olan şəxslər yaşayır.

Xatırladaq ki, Azərbaycanda sonuncu siyahıyaalma 2019-cu ildə keçirilib. Proses hər 10 ildən bir keçirildiyi üçün növbəti siyahıyaalma 2029-cu ildə baş tutacaq.

Link kopyalandı!
Son xəbərlər