Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi - CƏDVƏL
Cəmiyyət
201
13:00, Bu gün

Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi - CƏDVƏL

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 7 və 8 fevral tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.
 
ADY-dən Moderator.az-a verilən məlumata görə, eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilər.
 
Qeyd edək ki, biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.
Link kopyalandı!
Son xəbərlər