Kambocada vəfat edən ANAMA əməkdaşının nəşi Azərbaycana gətirildi
Cəmiyyət
214
13:10, Bu gün

Kambocada vəfat edən ANAMA əməkdaşının nəşi Azərbaycana gətirildi

Yanvarın 25-də Kambocada vəfat edən ANAMA əməkdaşının nəşi Azərbaycana gətirilib.
 
Moderator.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Orxan Məhərrəmovun nəşi Horadiz şəhər qəbiristanlığında torpağa tapşırılacaq.
 
Qeyd edək ki, Kamboca Krallığında keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dair beynəlxalq təlimlərdə iştirak edən ANAMA-nın minaaxtaran it bələdçilərindən biri Orxan Məhərrəmov səhhətində yaranan kəskin problemlə əlaqədar cari ilin 14 yanvar tarixində həmin ölkədə xəstəxanaya yerləşdirilib. O, 18 yanvar tarixində Malayziyadakı ixtisaslaşmış xəstəxanaya təxliyə edilib.
 
Həkimlərin səylərinə baxmayaraq əməkdaşın həyatını xilas etmək mümkün olmayıb və 25 yanvar tarixində vəfat edib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər