Tanınmış telejurnalist vəzifəsindən azad olundu
Cəmiyyət
216
12:08, Bu gün

Tanınmış telejurnalist vəzifəsindən azad olundu

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Media və Kommunikasiya Şöbəsinin Multimedia sektorunun müdiri Günel Gözəlova vəzifəsindən azad olunub.
 
Moderator.az xəbər verir ki, bununla bağlı AHİK sədri Sahib Məmmədov müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, o, öz ərizəsilə tutduğu vəzifədən azad edilib.
 
Qeyd edək ki, tanınmış telejurnalist G.Gözəlova ötən ilin avqustunda bu vəzifəyə təyin olunmuşdu. /İqtisadiyyat.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər