Yeni sədr iki nəfəri işdən çıxardı
Cəmiyyət
1371
02 Feb 2026 | 17:10

Yeni sədr iki nəfəri işdən çıxardı

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) QSC-də kadr islahatları aparılıb.

Moderator.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə ASCO-nun sədri Əfqan Cəlilov əmrlər imzalayıb.

Belə ki, ASCO-nun Daxili nəzarət departamentinin rəisi Vaqif Quliyev təqaüd yaşına çatması ilə əlaqədar, Maliyyə və uçot departamentinin rəisi Fəxrəddin Həsənov isə öz ərizəsi əsasında vəzifələrindən ayrılıblar.

Xatırladaq ki, Əfqan Cəlilov bu il yanvarın 16-da ASCO-nun sədri təyin olunub.

Link kopyalandı!
Son xəbərlər