Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət
222
16:47, Bu gün

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Fevralın 3-4-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə Moderator.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Quba, Qusar, Şabran, Xaçmaz, Siyəzən, Mingəçevir, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Gəncə, Naftalan, Goranboy, Kəlbəcər, Qobustan, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər