Ədliyyə Nazirliyi bu vətəndaşlar üçün videoqəbullar keçirib
Cəmiyyət
138
16:14, Bu gün

Ədliyyə Nazirliyi bu vətəndaşlar üçün videoqəbullar keçirib

Vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq videoqəbullar təşkil edilir.
 
Moderator.az xəbər verir ki, yanvar ayı ərzində Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə Nazirliyin Penitensiar xidməti, Bələdiyyələrlə iş baş idarəsi, İcra xidməti, Notariat, qeydiyyat və reyestr baş idarəsi, Cəzaların icrasına nəzarət baş idarəsi və İnsan resursları idarəsinin rəhbərliyi tərəfindən İmişli, Gəncə, Şirvan, Bərdə, Şəki, Lənkəran, Göyçay, Xaçmaz, Şəmkir, Sumqayıt regional ədliyyə idarələri və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə videokonfrans vasitəsilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbullar keçirilib.
 
Videoqəbullarda Nazirliyin fəaliyyət istiqamətləri üzrə 62 vətəndaşın müraciəti dinlənilib, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
 
Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün [email protected] elektron poçt ünvanına və ya Nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər