Sahibkarlıq sahəsində aparılan yoxlamalar daha bir il dayandırılır
Cəmiyyət
232
15:32, Bu gün

Sahibkarlıq sahəsində aparılan yoxlamalar daha bir il dayandırılır

Sahibkarlıq sahəsində aparılan yoxlamalar 2027-ci il yanvarın 1-dək dayandırılır.
 
Moderator.az xəbər verir ki, bu məsələ parlamentin fevralın 2-də keçirilən iclasının gündəliyinə daxil edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
 
Qeyd edilib ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə 2015-ci il noyabrın 1-dən etibarən yoxlamalar (qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) dayandırılıb.
 
Təklif olunan qanun layihəsi həmin müddətin daha bir il – 2027-ci il yanvarın 1-dək uzadılmasını nəzərdə tutur.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər