7 aptekdə müxtəlif nöqsanlar aşkarlandı
Cəmiyyət
267
14:17, Bu gün

7 aptekdə müxtəlif nöqsanlar aşkarlandı

Yanvar ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 48 əczaçılıq müəssisəsində yoxlama aparılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
 
Yoxlamalardan 10-u Bakı şəhərində, 38-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.
 
Keçirilən yoxlamaların 32-si planlı, 16-sı isə plandankənar olub.
 
Nəticələrə əsasən, 7 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1, 452.2 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər