Milli Məclisin işlər planı təsdiqləndi
Cəmiyyət
360
12:40, Bu gün

Milli Məclisin işlər planı təsdiqləndi

Milli Məclisinin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planı təsdiq edilib.
 
Moderator.az xəbər verir ki, işlər planı parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
 
Qanunvericilik işlər planına üç yeni qanun layihəsi daxil edilib.
 
Yaz sessiyası müddətində Dövlət Qulluğu Məcəlləsi, "Uşaq hüquqları haqqında" və 2025-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin qəbulu nəzərdə tutulub.
 
İş planına həmçinin Azərbaycan Prezidentinin, deputatların, Ali Məhkəmənin, seçki hüququ olan 40 min vətəndaşın, Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri və qüvvədə olan müxtəlif qanunlarda dəyişikliklər edilməsi haqqında qanun layihələri daxil edilib.
 
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər