Ötən ay 85 nəfər zəhərlənib - 4-ü öldü
Cəmiyyət
118
12:15, Bu gün

Ötən ay 85 nəfər zəhərlənib - 4-ü öldü

2026-cı ilin yanvar ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ümumilikdə 85 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.
 
Moderator.az xəbər verir ki, bu barədə KTM məlumat yayıb.
 
Bildirilib ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 81 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.
 
"Pasiyentlərdən 27 nəfər dərman preparatlarından, 2 nəfər siçan dərmanından (rodentisid), 29 nəfəriş sirkə turşusundan, 1 nəfər kimyəvi məhlullardan, 2 nəfər allergik reaksiyalardan, 2 nəfər spirtli içkidən, 21 nəfər dəm qazından, 1 nəfər isə inqalyasion zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.
 
Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji yardım, intensiv terapiya, reanimasiya və detoksikasiya tədbirləri tətbiq olunub.
 
Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 4 nəfərin (1 qadın və 3 kişi) həyatını xilas etmək mümkün olmayıb.
 
Ölüm hallarının əsas səbəbləri dəm qazı və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub", - məlumatda qeyd olunub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər