Baş Prokurorluqda yeni təyinat
Cəmiyyət
142
12:05, Bu gün

Baş Prokurorluqda yeni təyinat

Baş Prokurorluğun İstintaq İdarəsinin rəisinə yeni müavin təyin edilib.
 
Bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, ədliyyə müşaviri Anar Mirkişiyev İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun müavini vəzifəsinə təsdiqlənib.
 
Qeyd edək ki, A.Mirkişiyevin indi təyin edildiyi vəzifəni daha əvvəl Qasım Məmmədov tutub. Q. Məmmədov ötən ilin sentyabr ayından respublika hərbi prokurorunun müavinidir. /Qafqazinfo/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər