Hamiləliyə, üç yaşına qədər uşağa qulluğa görə və digər ödənişlər yeni qaydada hesablanacaq
Cəmiyyət
271
10:46, Bu gün

Hamiləliyə, üç yaşına qədər uşağa qulluğa görə və digər ödənişlər yeni qaydada hesablanacaq

"Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə" yeni redaksiyada təsdiq olunub.
 
Moderator.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
 
Qərara əsasən, sənədindən adında və 1.1-ci hissəsində "müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"" sözləri "müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası" sözləri ilə əvəz olunur.
 
Bununlaəmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, uşağın anadan olmasına, 3 yaşınadək uşağa qulluğa görə, dəfn üçün müavinət, sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi yeni qaydada hesablanacaq
 
Bu Qərar qüvvəyə mindiyi tarixədək baş vermiş və (və ya) bu tarixdən sonra davam edən sosial sığorta hadisəsinə görə məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi həmin tarixə qüvvədə olan normalara uyğun həyata keçiriləcək.
 
Bu Qərar qüvvəyə mindiyi tarixədək təyin edilmiş və ödənişi davam edən məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (3 yaşınadək uşağa qulluğa görə müavinət istisna olmaqla) ödənişinin bu Qərarın qüvvəyə minməsi ilə əlaqədar dayandırılmasına və yenidən hesablanmasına yol verilmir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər