Bizi sosial şəbəkələrdən izləyin:
Nazirlər Kabineti sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron formada tərtib edilməsi qaydalarında dəyişiklik edib.
Moderator.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarla təsdiq edilmiş müvafiq təlimata yeni müddəa əlavə olunub.
Dəyişikliyə görə, sığortaolunan şəxs xəsarət nəticəsində müvəqqəti əmək qabiliyyətini itirdiyi və bu barədə tibb müəssisəsi tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verildiyi hallarda, həmin fakt xəstəlik vərəqəsində xüsusi qeyd olunacaq.