Kürdəmirdə iki avtomobil toqquşdu, piyada xəsarət aldı
Cəmiyyət
132
13:18, Bu gün

Kürdəmirdə iki avtomobil toqquşdu, piyada xəsarət aldı

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib, piyada xəsarət alıb.

Moderator.az APA-ya istinadən xəbər verir ki, rayonunun Qağacılı kənd sakini, 1970-ci il təvəllüdlü Ədalət Adil oğlu Həmidovun idarə etdiyi "Toyota" markalı avtomobillə Şilyan kənd sakini, 1988-ci il təvəllüdlü Rəşadət Vidadi oğlu Məmmədovun idarə etdiyi "VAZ-21099" markalı avtomobil toqquşub.

Toqquşmadan sonra "VAZ-21099" markalı avtomobil piyada, rayonun Şahsevən kənd sakini, 1964-cü il təvəllüdlü Fəzilə Həkimağa qızı Səlimovanı vurub. Ağır xəsarət alan F.Səlimova paytaxt xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər