Bir aya 495 manat
Cəmiyyət
204
11:52, Bu gün

Bir aya 495 manat "qaz pulu" gəldi

Qəbələ sakini Tofiq İbrahimova qazdan istifadəyə görə bir ay üçün 495 manat borc yazılıb.

Moderator.az xəbər verir ki, bir aya görə vətəndaşa 2358 kub qaz hesablanıb. 

T.İbrahimov bildirib ki, bir il ərzində heç limiti keçmirlər, illik ödədikləri qaz pulu belə bu qədər deyil:

"Bir neçə dəfə "Azəriqaza"a müraciət etmişəm, dedilər düzəldəcəyik, amma heç bir tədbir görülmədi. Sonradan da dəfələrlə müraciət etməyimə baxmayaraq heç bir tədbir görülməyib. 2024-cü ilin noyabr ayında qazdan istifadəyə görə 495 manat borc yazılıb, borcun yarısı da guya faizdir. Hazırda həmin borc mənim adımda qalır". 

Məsələ ilə bağlı Azəriqaz İB-dən isə bildirilib ki, şikayət araşdırılır və hazırda sayğac göstəriciləri ilə hesablamalar yoxlanılır.

Qeyd edək ki, qaz sayğacında yaranan nasazlıq səbəbindən əsassız və yüksək məbləğdə borcun yazılması halı ilə qarşılaşdıqda dərhal rəsmi şikayət proseduruna başlamalısınız. Son günlərdə oxşar texniki xətalarla bağlı şikayətlərin artdığı müşahidə olunur Problemi vaxtında bildirmədikdə, yaranmış kəsir və ya "borc" üçün əlavə faizlər hesablana bilər.

 

(milli.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər