Bakıda iki marşrut üzrə yeni avtobuslar xəttə buraxılır
Cəmiyyət
142
13:30, Bu gün

Bakıda iki marşrut üzrə yeni avtobuslar xəttə buraxılır

Bakıda 76 və 78 nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslarla xidmət göstəriləcək.

Moderator.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, AYNA sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə daha 2 müntəzəm marşrut xəttinə müasir və komfortlu nəqliyyat vasitələri cəlb edir.

Fevralın 1-dən Bakıxanov dəmiryol stansiyasını metronun "Neftçilər" stansiyası ilə əlaqələndirən 76 nömrəli və "Qara Qarayev" stansiyası ilə koordinasiya edən 78 nömrəli şəhərdaxili marşrutlar üzrə yeni avtobuslar fəaliyyət göstərəcək.

Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 50 qəpik müəyyən edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər