Mütəxəssislər xəbərdarlıq edir ki, modemi 24 saat açıq saxlamaq həm cihazın ömrünü qısaldır, həm də fərqli risklərə yol açır.
Moderator.az xəbər verir ki, modemlər kiçik kompyuterlər kimidir. Uzun müddət fasiləsiz işlədikdə yaddaşlarında (cache) artıq məlumatlar yığılır və bu, internetin sürətinin düşməsinə səbəb olur. Gecə modemi söndürüb səhər yenidən açmaq cihazın proqram təminatının sıfırlanmasına və daha stabil işləməsinə kömək edir.
Modem hər dəfə yenidən başlayanda adətən yeni bir IP ünvanı alır. Cihazın gecə boyu qapalı olması hakerlərin ev şəbəkənizə sızma ehtimalını azaldır və uzunmüddətli kiber hücumların qarşısını alır.
WiFi cihazları fasiləsiz olaraq radiotezlikli dalğalar yayır. Gecə yuxu zamanı modemi söndürmək bədənin məruz qaldığı elektromaqnit radiasiyasını minimuma endirir. Bəzi araşdırmalar bu dalğaların yuxu keyfiyyətinə mənfi təsir göstərə biləcəyini iddia edir.
Kiçik görünsə də, il ərzində modemin söndürülməsi elektrik enerjisinə müəyyən qədər qənaət edir. Ən əsası isə, cihazın daxili komponentləri qızmır və bu da modemin istifadə müddətini (ömrünü) uzadır.
Nadir hallarda olsa da, modemlərin adapterlərində və ya daxili dövrələrində baş verən qısaqapanmalar yanğına səbəb ola bilər. Evdə hər kəs yatarkən cihazın söndürülməsi bu riski tamamilə aradan qaldırır.
(milli.az)